XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 14:14

İran XİN rəhbəri:"Nüvə razılaşmasını dəfn etmək hələ tezdir"

ABŞ və Avropa dövlətləri ilə imzalanmış nüvə razılaşmasını dəfn etmək hələ tezdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O bildirib ki, Avropa dövlətləri üzərilərinə düşən öhdəliyi yerinə yetirmədilər. Əgər nüvə razılaşması tamamilə qüvvədən düşsə onda uduzan yalnız İran olmayacaq, Avropa İttifaqı ilə yanaşı, ABŞ-da uduzacaq.

Xatırladaq ki, 2015-ci ildə ABŞ və bir sıra Avropa dövlətləri İranın nüvə proqramının məhdudlaşdırılması haqqında saziş imzalayıb. Lakin ABŞ prezidenti sazişdən birtərəfli qaydada çıxdıqdan sona Fransa, Böyük Britaniya və Almaniya saziş üzrə üzərilərinə düşən öhdəliyi yerinə yetirmədilər. Bu dövlətlər İrandan neft almaqdan imtina etməklə yanaşı, maliyyə hesablaşmaları üçün də sistem yaratmadılar.

Bundan sonra İran da üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən qismən imtina etməyə başlayıb. Rəsmi Tehran nüvə tədqiqatlarını bərpa edib və uranın zənginləşdirilməsi işinə başlayıb. İran bəyan edib ki, Avropa dövlətləri öhdəliklərinə əməl etməsə uranı sazişdə nəzərdə tutulmuş həcmdən çox zəngiləşdirəcək.