Britaniya parlamentində ölkənin Avropa İttifaqından ayrılması ilə bağlı səsvermə keçirilib.
Səsvermədə ölkənin Aİ-dən müqaviləsiz ayrılmasını istəməyənlər 328, istəyənlər isə 301 nəfərdən ibarət olub. Beləliklə, “Brexit”-in həyata keçirilməsinə mane olmaq istəyən millət vəkilləri İcmalar Palatasında keçirilən səsvermədə qalib gələrək parlament gündəmini nəzarətə götürüblər.
Belə olan halda Baş Nazir Boris Conson erkən seçki çağırışı etməyə hazırlaşır(azərtac).