XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 16:09

Qırğızıstanda gərginlik artır- Eks-prezidentin toxunulmazlıq hüququnun ləğvi ilə bağlı

Qırğızıstanda parlamentin eks-prezident Almazbek Atambayevin toxunulmazlıq hüququnu ləğv etməsi ilə bağlı gərginlik artır. Bişkek yaxınlığındakı Kok-Taş kəndində, eks-prezidentin yaşadığı evin qarşısında Almazbek Atambayevin tərəfdarlarından və jurnalistlərdən ibarət qərargah yaradılıb.

Xatırladaq ki, iyunun 27-də Qırğızıstan parlamenti-Joqorku Keneş eks-prezident Almazbek Atambayevin ittiham edilməsi və toxunulmazlıq statusunun ləğv olunması barədə qərar qəbul edib. Almazbek Atambayev isə parlamentin qəbul etdiyi qərarı “absurd” adlandırıb və deyib ki, dövlət başçısı kimi xalqa qarşı heç bir cinayət törətməyib(azərtac).