XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 18:30

Vitali Kliçko vəzifəsindən kənarlaşdırılır- Ukrayna Nazirlər Kabinetindən qərar

Kiyev şəhər Dövlət Administrasiyasının sədri Vitali Kliçkonun vəzifəsindən uzaqlaşdırılmasına dair Nazirlər Kabinetinin qərarı Prezident Ofisinə təqdim olunub.

Azərtac xəbər verir ki, bu barədə keçirilən brifinqdə Baş Nazir Aleksey Qonçaruk məlumat verib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin bu gün keçirilən iclasında V.Kliçkonun vəzifəsindən azad edilməsi qərarı dəstəklənib.

Qeyd edək ki, Prezident Ofisinin rəhbəri Andrey Boqdan bir müddət öncə V.Kliçkonun vəzifəsinin öhdəsindən gəlmədiyini, Kiyev üzərində nəzarəti itirdiyini bəyan etmişdi.