Dunay çayının deltasında İzmayıl və Tulçea rayonlarında “Riverin-2019” adlı rumın-ukrayn birgə hərbi təlimləri başlayıb. Bu barədə Rumıniyanın hərbi-dəniz qüvvələri məlumat yayıb.
Sentyabrın 7-də başa çatacaq təlimlərdə hər iki ölkədən 300 hərbçi və beş hərbi gəmi iştirak edir(azərtac).