XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 20:40

Həyat yoldaşlarını döyən kişilərə elektron qolbaq taxılacaq- Fransada

Fransada ailə zorakılığına qarşı mübarizədə elektron qolbaqlardan istifadə ediləcək.

“Report“un Fransa bürosu xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Nikol Belube məlumat verib.

Onun sözlərinə görə, bu cür qolbaqlar qadınlara qarşı zorakılığa yol verən hazırkı və keçmiş həyat yoldaşlarına məcburi şəkildə taxılacaq. Qolbaq siqnal verməklə kişinin qadına yaxınlaşmasına imkan verməyəcək. Ölkəyə 5-6 milyon avroya başa gələcək qolbaqlar qadınlara qarşı zorakılığın qarşısının alınması tədbirlərindən biri kimi 2020-ci ildən etibarən tətbiq ediləcək.

Qeyd edək ki, hazırda Fransada bu qolbaqlar yalnız qadınlara qarşı zorakılığa yol vermiş məhkum kişilərə tətbiq olunur. 2018-ci ildə Fransada indiki və keçmiş həyat yoldaşları tərəfindən 149 qadın öldürülüb. Bu ilin 8 ayı ərzində isə eyni səbəbdən daha 101 qadın ölüb.