XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Sentyabr 2019 - 20:33

Dunay çayı üzərində körpü inşa edilir- 363 milyon avro ayrılıb

Avropanın regional inkişaf fondu Rumıniyanın cənub-şərqində Braila şəhərində Dunay çayının üzərində körpünün inşası üçün 363,3 milyon avro ayırıb.

Azərtac xəbər verir ki, layihənin əsas məqsədi regionda həyat keyfiyyətini yaxşılaşdırmaq, Moldova və Ukrayna ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir.

Yeni körpü TransAvropa nəqliyyat şəbəkəsinin bir hissəsi olaraq, Rumıniyanın şimalı ilə Dunay deltasını və ölkənin cənubunda Konstanta limanları arasında əlaqəni yaxşılaşdıracaq. Layihənin 2023-cü ildə bitirilməsi gözlənilir.