XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

04 Sentyabr 2019 - 23:13

Köçaryanın həbsi qanunsuz sayıldı –Konstitusiya Məhkəməsi hökm verdi

Ermənistanın Konstitusiya Məhkəməsi keçmiş prezident Robert Köçaryanın həbsinin konstitusiyaya zidd olduğu barədə hökm çıxarıb.

Köçaryan prezidentliyinin son həftələrində – 2008-ci ilin aprelində ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Köçaryanın vəkili Aram Vardevanyan sentyabrın 4-də müxbirlərə deyib ki, bu məhkəmə qərarından sonra onun müdafiə etdiyi şəxs “həbsdə saxlana bilməz”.

Bu qərarın ardınca Köçaryanın həbsxanadan azad olunub-olunmayacağı və ona qarşı ittihamlara xitam verilib-verilməyəcyi hələlik bilinmir.

Köçaryan ötən iyun ayında ona və başqa vəzifəli rəsmilərə qarşı cinayət işinə xitam verildikdən sonra həbsxanadan azad edilmişdi.

2008-ci ilin martında, mübahisəli prezident seçkisindən sonra dövlət başçısı postunu tərk etməkdə olan Köçaryan fövqəladə vəziyyət elan etmiş və bunun ardınca baş verən toqquşmalarda azı 8 nəfər həlak olmuşdu.

Ermənistan məhkəmələrinin icra və qanunverici hakimiyyətlərdən müstəqil fəaliyyət göstərməsinə nəzarət edən Ali Ədliyyə Şurası Köçaryan azad etmiş hakimə qarşı başqa bir iş üzrə cinayət işi qaldırmışdı.

Sözü gedən hakim – Davit Qriqoryan da Köçaryanın işini, baxılmaq üçün Konstitusiya Məhkəməsinə göndərmişdi.

Köçaryanın tərəfdarları və baş nazir Nikol Paşınyanın başqa tənqidçiləri Ermənistanın hüquq-mühafizə orqanlarını ədliyyə üzərinə təzyiq göstəməkdə və məhkəmələrin müstəqillyini sarsıtmaqda ittiham edirdilər.

Konstitusiya Məhkəməsinin hökmündən dərhal sonra Paşınyan hökumətinin bəzi rəsmiləri bildiriblər ki, Ermənistan cəmiyyəti bu məhkəmənin hazırkı tərkibinə etimad bəsləmir. (azadliq.org)