XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 15:14

Britaniya baş nazirinin qardaşı istefa verib –Səbəb

Böyük Britaniyanın baş naziri Boris Consonun qardaşı Co Conson dövlət naziri vəzifəsindən istefa verib.

O, vəzifəsindən ayrılmaqla bağlı qərarını “Twitter” sosial səhifəsində açıqlayıb.

C.Conson istefasının səbəbini ailə ilə milli maraqlar arasındakı seçimlə əsaslandırıb.

Qeyd edək ki, Cozef Edmund “Co” Conson 1971-ci il dekabrın 23-də Londonda anadan olub. 2010-cu ildən parlamentin üzvüdür. 2015-2018 və 2019-cu ildə universitetlər və elmi işlər üzrə kiçik nazir vəzifəsində işləyib/Report.