XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 16:11

İrakli Qaribaşvili:"Gürcüstan hərbi təyyarələrin istehsalını bərpa edə bilər"

“Gürcüstan hökuməti ölkədə hərbi təyyarələrin istehsalını bərpa etməyi planlaşdırır”.

Bu barədə ölkənin müdafiə naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstanda intellektuall resurslar var: “Unikal yüksək texnologiyalı məhsullar hazırlayan şəxslər indiyədək ölkədə yaşayır. Mən hərbi təyyarələrin istehsalının bərpa olunması məsələsini hökumət qarşısında qaldıracağam”.

İ.Qaribaşvili əlavə edib ki, ölkədə hərbi təyyarələrlə yanaşı raket və müxtəlif yüksək texnologiyalı məhsullar da istehsal etmək mümkündür. /Report