XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 17:16

Gürcüstanın keçmiş baş naziri Dünya Bankında çalışacaq

Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadzenin Dünya Bankında (DB) fəaliyyətini davam etdirəcəyi gözlənilir.

Sabiq hökumət başçısı DB-nin Direktorlar Şurasına üzv olmağa hazırlaşır.

M.Baxtadze Şuraya üzv seçilməsi ilə bağlı təklifi ABŞ-dan alıb.

Direktorlar Şurasına seçkilər 2020-ci ilin yazında keçiriləcək.

Qeyd edək ki, M.Baxtadze 2018-ci ilin iyunundan Gürcüstanın baş naziri olub. O, bu il sentyabrın 2-də istefa verib/Report.