XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 07:19

Ruhani Romadadır: [color=red]İtaliya baş naziri üçün “böyük gün”

ruhani roma.jpg

“Regionumuzun təhlükəsizlik məsələləri hərbi yollarla həll olunmur və siyasi məsələləri dialoq vasitəsi həll etməliyik”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İran İslam Respublikası prezidenti Həsən Ruhani İtaliya Baş naziri Matteo Rentsi ilə keçirdiyi müştərək mətbuat konfransında deyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani İran və İtaliya arasında, iqtisadi, mədəniyyət, səhiyyə, müalicə və sağlamlıq sahələrində bir neçə əməkdaşlıq sənədi imzalanıb.

Romada olan Ruhani mətbuat konfransında deyib ki, İran uzun illər İtaliya ilə elm, mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlıq edib. Bir zamanlar İtaliya İranın birinci ticarət şəriki idi. “Vətəndaşlarımızın İtaliya vətəndaşları, şirkət rəhbərləri və direktorları ilə bağlı müsbət keçmişi var. Hazırda arxayınıq ki, bir-birimizlə çox yaxşı əməkdaşlıq edəcəyik və bizim hərtərəfli əməkdaşlığımız, İtaliya Baş nazirinin dediyi kimi, əməkdaşlıq 360 dərəcəli və tam şəkildə olacaq”.

Ruhani  Əfqanıstan, Liviya, Livan, İraq və Suriyanın vəziyyətinə toxunub və qeyd edib ki, siyasət və beynəlxalq cəhətindən sülh və İranın terrorizmlə mübarizədəki rolu çox önəmli məsələdir.

Ruhani deyib ki, nüvə məsələsini dünya müzakirə masasında həll edə bildi, siyasi möcüzə yaratdı. “Bu örnək Yaxın Şərq, Afrika, Avropa və Asiya üçün faydalı örnək ola bilər”.

İtaliya Baş naziri Matteo Rentsi bu səfəri “böyük gün” adlandırıb və İtaliya üçün bu iqtisadi əməkdaşlığı  iqtisadi böhran şəraitində çox əhəmiyyətli olduğunu bildirib. .

Onun sözlərinə görə, İran prezidentinin İtaliyada olması İtaliya üçün çox əhəmiyyətlidir və bu əməkdaşlıq İtaliyanın iqtisadi durğunluqdan çıxmasına kömək edə bilər.