XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Sentyabr 2019 - 21:31

Almaniyada qaçqınlara 609 hücum faktı qeydə alınıb- 2019-cu ildə

Almaniya polisi 2019-cu ildə bu ölkədəki qaçqınlara və sığınacaq alanlara qarşı 609 hücum faktı qeydə alıb.

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, məlumatı parlamentin sorğusuna cavab verən Almaniya Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, bu hücumlar ekstremist qruplaşmalar tərəfindən sözlü təhqir, fiziki zorakılıq və qaçqınların yaşadıqları evlərin yandırılması şəklində həyata keçirilib. Bundan başqa, qaçqınların yerləşdiyi mərkəzlərə 60, onların alman cəmiyyətinə inteqrasiyası təşkilatlarına 42 hücum qeydə alınıb.

DİN bildirib ki, bu hücumlar nəticəsində 102 nəfər yaralanıb.

2015-ci ildən etibarən Almaniya əksəriyyəti Suriya və İraqdan olmaqla 1,4 milyon qaçqın qəbul edib. Qaçqın böhranı və terror qorxusu ilə üzləşən alman cəmiyyətində son illər ksenofobiya və əcnəbilərə nifrət təbliğatı daha da güclənib.