XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 22:54

“Dorian” ABŞ-da 220 mindən çox sakinin işığını söndürdü

ABŞ-ın Cənubi Karolina və Corciya ştatlarında 220 mindən çox sakin elektrik enerjisiz qalıb.

Trend-in məlumatına görə, elektrik enerjisində problem ABŞ-da tüğyan edən “Dorian” qasırğası üzündən yaranıb. Qasırğa güclü külək və yağışla müşayiət olunur.

Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi üzərində operativ iş aparılır.

Qeyd edək ki, qasırğa səbəbindən ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan olunub.