XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 22:00

İqor Dodon:"Moldova neytral ölkədir, NATO-ya daxil olmaq məsələsinə baxmır"

Moldova neytral ölkədir, hər hansı hərbi bloka, o cümlədən NATO-ya daxil olmaq məsələsinə baxmır.

Azərtac xəbər verir ki, bu fikri Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə Moldova Prezidenti İqor Dodon söyləyib.

İqor Dodon qeyd edib ki, ölkənin neytrallığı Konstitusiyada əksini tapıb və bu, Moldovanın xarici siyasətinin əsas prioritetidir.

“Əsas məqsədimiz qarşılıqlı anlaşma fonunda bütün beynəlxalq tərəfdaşlarımızla mehriban münasibətləri inkişaf etdirməkdir. Biz Şərq və Qərbdəki bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq”, – deyə Dodon əlavə edib.