Yaponiya hökuməti Rusiya vətəndaşlarının müəyyən qrupu üçün viza alınmasını asanlaşdıracaq.
Bunu Yaponiyanın Baş Naziri Şinzo Abe Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib.
O qeyd edib ki, Yaponiya-Rusiya ikitərəfli əməkdaşlığının inkişafı ilə məşğul olan mütəxəssislər və tələbələr üçün viza alınması prosesi asanlaşdırılacaq. Sentyabr ayından başlayaraq Yaponiya belə mütəxəssislərə 5 il müddətinə viza verəcək.
Xatırladaq ki, V Şərq İqtisadi Forumu sentyabrın 4-6-da Vladivostokda keçirilir(azərtac).