XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 23:00

Ermənistanda generalın oğlu silahlı insident törədib- FOTO

Ermənistanda atışma olub.

Hadisə Armavir vilayətində qeydə alınıb.

Belə ki, sürücülər – 30 yaşlı Ara Qriqoryan və 26 yaşlı Koryun X. arasında yaranmış mübahisə silahlı insidentlə nəticələnib.

Mübahisə zamanı Ara Qriqoryan tapança ilə Koryun X-a atəş açıb. Lakin sonuncu güllədən yayına bilib. Bundan sonra A.Qriqoryan şəxsi avtomobili ilə ərazidən uzaqlaşıb.

Araşdırmalar zamanı A.Qriqoryanın Ermənistan parlamentinin keçmiş deputatı, general Manevl Qriqoryanın oğlu olması müəyyənləşdirilib. A.Qriqoryan müvəqqəti sərbəst buraxılıb və ondan heç bir yerə getməməsi barədə iltizam alınıb.

Generalın oğlunda bıçaq da aşkarlanıb/Report.