XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 23:50

İsrail dünya güclərinə çağırış etdi:"İranla dialoqa getməyin!"

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı ilə görüşərək nüvə layihəsi ilə bağlı böhran və İrana qarşı sanksiyaları müzakirə etməyin mümkünlüyünü açıqlayandan sonra İsrail baş naziri Benyamin Netanyahu dünya güclərini İranla dialoqa girməməyə çağırıb.

“İndi İranla danışmağın vaxtı deyil. İndi İrana təzyiqləri artırmağın vaxtıdır”, – deyə, Britaniya baş naziri Boris Consonun dəvəti ilə Londonda səfərdə olan və daha sonra ABŞ müdafiə naziri Mark Esperlə görüşməyi planlaşdıran Netanyahu bildirib.

Netanyahunun bu açıqlaması İranın nüvə məsələsi ilə bağlı sağçı İsrail lideri ilə Tramp arasındakı nadir ictimai fikir ayrılığına işarədir.

Bundan əvvəl Netanyahu Fransanı İranla danışıqlardan yayınmağa çağırmışdı.

Sentyabrın 17-də keçiriləcək seçkilərdə siyasi taleyi uğrunda çarpışan İsrail lideri tez-tez Qərb liderlərinə, xüsuilə də Tramp və Conson kimi həmkarlarına təsir gücünü ictimai diqqətə çatdırır.

Çərşənbə günü Tramp ABŞ-ın Nyu-Yorkdakı Baş Assambleyasında İran prezidenti Həsən Ruhani ilə mümkün görüş üçün qapını açıq qoyaraq “hər şey mümkündür, onlar problemlərini həll etmək istəyərlər” deyib.

Tehran isə 2015-ci ildə İran nüvə sazişindən çıxdıqdan sonra ABŞ tətbiq etdiyi sanksiyaları ləğv etməyincə Vaşinqtonla hər hansı dialoqu rədd edir.

İran cümə günündən başlayaraq elektrik hasilatı üçün sentrifuqalar hazırlamağa başlayacağını bildirib. İran atom bombası istehsal etmək məramında olduğunu inkar edir. (amerikaninsesi.org)