XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 10:16

Trampla Makron telefonla danışıb –İran məsələsini müzakirə ediblər

ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Ağ Evdən bildirilib.

Tərəflər rəqəmsal vergi üzrə danışıqları müvəffəqiyyətlə başa çatdırmaq zərurətini qeyd ediblər.

“Liderlər İranın Fars körfəzində naviqasiyanın və ticarətin azadlığını hədələyən hərəkətləri ilə bağlı təmkinliyi saxlamaq zərurətini razılaşdırıblar”, – deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, Tramp hazırda İranla bağlı sanksiyaların ləğv edilməyəcəyini təsdiqləyib. (report)