XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

06 Sentyabr 2019 - 10:45

“Dorian” qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb –Baham adalarında

Baham adalarında “Dorian” qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb.

Bu barədə CNN telekanalına ada dövlətinin baş naziri Hyubert Minnis bildirib.

“Mən cəmi 1 saat əvvəl polis rəisi ilə danışdım. Hazırda ölənlərin sayı 30 nəfərdir. Mən dəfələrlə bildirmişəm – bu rəqəm (ölənlərin sayı – red) artacaq”, – deyə o bildirib.

Minnis qeyd edib ki, daha əvvəl ABŞ prezidenti Donald Trampla telefonla danışıb. Onlar rəsmi Vaşinqtonun Baham adalarına yardımını müzakirə ediblər.

Daha əvvəl bildirilirdi ki, Baham adalarında qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb. Dağıntılar aradan qaldırıldıqca ölənlərin sayı artır. (report)