XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 10:57

ABŞ Dövlət katibinin müavini Tbilisiyə gedir –Beynəlxalq Konfransa

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Riker sentyabrın 6-10-da Gürcüstana səfər edəcək, 2019-cu il Tbilisi Beynəlxalq Konfransına qatılacaq.

Dövlət Departamentinin məlumatına görə, o, “regional təhlükəsizlik ekspertləri, gürcüstanlı siyasətçilər, vətəndaş cəmiyyəti fəalları, biznes cameəsi ilə Gürcüstanın demokratiq proqresi və transatlantik niyyətlərinə təsir göstərən məsələləri müzakirə edəcək, ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini gücləndirəcək”.

Riker Gürcüstan hökumətinin aparıcı rəsmiləri, deputatlar, vətəndaş cəmiyyəti qruplarının üzvləri ilə də görüşəcək.

Hər il keçirilən Tbilisi Beynəlxalq Konfransının məqsədi “Gürcüstanı transatlantik gündəmdə və demokratik proqres yolunda saxlamaqdır”, –Gürcüstanda mənzillənən, tədbirin təşkilatçılarından olan İqtisadi Siyasət Tədqiqatları Mərkəzi bildirir.

Tədbirin digər təşkilatçısı Arizona Dövlət Universitetindəki “McCain” Beynəlxalq İdarəçilik İnstitutudur.

Riker Tbilisiyə gedərkən sentyabrın 6-da yolüstü Münhenə dəyəcək, ABŞ Baş Konsulluğunda həmkarları ilə görüşəcək. (azadliq.org)