XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 11:09

Honq Konqda həftəsonuna etirazlar planlaşdırılır –Etirazçılar yolları bağlamaqla hədələyirlər

Honq Konqda həftəsonuna yenə etirazlar planlaşdırılır. Etirazçılar aeroporta gedən nəqliyyat yollarını bağlamaqla hədələyirlər.

Şəhər lideri Karri Lammübahisələri ekstradisiya qanun layihəsinin rəsmən geri çəkildiyini elan etsə də, fəallar etirazları dayandırana oxşamırlar.

Şənbə günü etirazçılar şəhərdəki beynəlxalq aeroportda gedən yolu bağlamağı planlaşdırırlar. Bir həftə öncə minlər nümayişçi nəqliyyatın işini əngəlləmişdi.

Cümə gün aeroport idarəsi etirazçıları “hər gün aeroportdan istifadə edən onminlərlə səyahətçinin səyahətini pozmamamağa” çağırıb.

İlkin olaraq ekstradisiya qanununa qarşı başlanan etirazlarda sonradan tələblər genişlənib, mərkəzi Çin hökumətindən daha böyük azadlıqlar istənilib.

Etirazçılar digər tələblərinin, özəlliklə nümayişlərdə polis “qəddarlığı”nın müstəqil istintaqını tələb edirlər. (azadliq.org)