XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 11:18

Əfqanıstanda hüquq müdafiəçisinin meyiti tapılıb –Oğurlanıb və öldürülüb

Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyasının sədri bildirib ki, təşkilatın ölkənin qərbindəki Qor vilayətindəki nümayəndəsi Taliban tərəfindən oğurlandıqdan sonra meyiti tapılıb.

Abdul Səməd Əmirinin Kabildən Qora gedərkən Maydan Vardak vilayətinin Kalriz ərazisində Taliban tərəfindən oğurlandığı xəbər verilir.

Komissiyanın sədri xanım Şaharzad Əkbər bu barədə sentyabrın 5-də özünün Twitter hesabında yazıb.

Şaharzad Əkbər bildirir ki, cənab Əmirinin cənazəsi Kabilə gətiriləcək.

Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyasının sədrləri prezident tərəfindən təyin edilir.

Taliban hələlik cənab Əmirinin ölümü barədə heç bir şərh verməyib.

Amnesty International bu qətli “hərbi cinayət” adlandırıb.

https://www.amnesty.org/en/latest/news/2019/09/afghanistan-killing-of-human-rights-defender-is-a-war-crime/

Bu qətldən iki həftə əvvəl Amnesty International xəbərdarlıq etmişdi ki, Əfqanıstanın insan haqları müdafiəçiləri həm hakimiyyət, həm də silahlı qruplar tərəfindən hücumlara məruz qalır. (azadliq.org)