XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Sentyabr 2019 - 11:25

Konqresmenlər Rusiyanın azad seçki keçirə bilməməsini pisləyir –Bəyanat

Birləşmiş Ştatlarının iki aparıcı konqresmeni Rusiyanın bu həftəsonu Moskvada və Sankt Peterburqda “azad seçki keçirə bilməməsini”, “etirazçılara divantutması”nı pisləyib.

Bəyanat sentyabrın 5-də yayılıb.

Nyu Yorkdan demokrat konqresmen Eliot Engel və Texasdan respublikaçı Mixael MakKaul bəyanatda deyirlər ki, azad seçki tələbiylə keçirilən yürüşlər və “Kremlin buna verdiyi reaksiya Rusiya xalqının Vladimir Putinin tiranlığından yorulmasına daha bir sübutdur”.

Onlar Rusiyanı “dinc nümayişçilərə qarşı bütün zorakılıqları dayandırmağa” çağırıblar.

İyuldan başlayaraq Moskva və digər şəhərlərdə müstəqil və müxalifət namizədlərinin sentyabrın 8-də Duma seçkilərinə buraxılmamasına etirazlar keçirilir. Həmin gün Moskva şəhər şurasına və Sankt Peterburq şəhər şurasına seçkilər təşkil olunmalıdır.

Sentyabrın 5-də isə polis Kremlin tənqidçisi Aleksey Navalının üç ofisində reyd keçirib.

Rusiyada etirazlar zamanı yüzlərlə adam saxlanıb, bəzilərinə həbs cəzası kəsilib.

Sentyabrın 5-də təxminən 300-dək etirazçı Sankt Peterburqda icazəsiz nümayişə çıxıb. “Fontanka” onlayn xəbər saytının yazmasına görə, Yevgeni Musin adlı etirazçı əlində 4 min vərəqəylə tutulub. Vərəqələrdə etirazçılar indiki qubernator, Prezident Vladimir Putinin müttəfiqi Aleksandr Beqlova səs verməyə çağrılır.

Sankt Peterburq qubernatoru vəzifəsinə ilkin olaraq 28 nəfər namizədliyini açıqlasa da, onların yalnız üçü təsdiqlənib. (azadliq.org)