Kollektiv Təhlükəsizlik və Müdafiə Təşkilatının baş katibi Nikolay Bordyuja bu gün Ermənistana səfərə gəlir.
Strateq.az qurumun rəsmi saytına istinadən bildirir ki, səfər zamanı Bordyujanın prezident Serj Sərkisyanla görüşü planlaşdırılıb. Görüşdə Ermənistanın bu quruma sədrliyi zamanı təklifləri müzakirə olunacaq, aktual məsələlərə toxunulacaq. KTMT rəhbəri bir sıra nazirlərlə də görüşü nəzərdə tutulub.
Səfər 26-29 yanvar tarixlərində həyata keçiriləcək.