XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 12:37

Rusiyalı futbolçular Aleksandr Kokorin və Pavel Mamayev azadlığa buraxılıblar –Məhkəmə qərarı

Rusiyanın “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev azadlığa buraxılıb.

Məhkəmə futbolçuların vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətini müsbət cavablandırıb.

A. Kokorinin qardaşı Kirill də azadlığa buraxılıb. Məhkum olunanlar Belqorod vilayətindəki koloniyanı 10 gündən sonra, məhkəmənin qərarı qüvvəyə minəndə tərk edəcəklər.

Qeyd edək ki, ötən il oktyabrın əvvəlində A. Kokorin, P. Mamayev və K. Kokorin, həmçinin onların dostu Aleksandr Protasovitski Moskvadakı iki davada iştirak edib. Nəticədə məmur Denis Pak, sürücü Vitali Solovçuk və “NAMİ”nin baş direktoru Sergey Qaysan xəsarət alıb. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilib. (apa)