XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 13:09

İran nüvə sazişindən geriyə son addımı ilə bağlı AB-i məlumatdırıb –Zərif Mogeriniyə məktub ünvanlayıb

Tehran 2015-ci il nüvə sazişinin müəyyənləşdirdiyi tədqiqat və inkişaf limitləri öhdəliklərindən çıxması haqda Avropa Birliyinə məlumat verib.

Bu, Birləşmiş Ştatlar ötən il sazişdən çıxandan sonra öhdəliklərin daha da məhdudlaşdırılmasıdır.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 6-da AB-nin Xarici siyasət rəhbəri Federika Mogeriniyə məktubunda qurumu bilgiləndirib. Mogherini nüvə sazişinə imza atmış Avropa ölkələri adından sənədi xilas etməyə çalışır.

Ekspertlər tədqiqat və inkişafa məhdudiyyətləri Birgə Hərtərəfli Hərəkət Planının əsas prinsiplərindən biri sayırlar.

İran mediasının bildirməsinə görə, ölkənin Atom Enerjisi Təşkilatı sentyabrın 7-də mətbuat konfransında Tehranın növbəti addımlarını detallı təsvir edəcək.

İran Prezidenti Həsənn Ruhani sentyabrın 4-də deyirdi ki, İran sentyabrın 6-dan sentrifuqların hazırlanmasına “bütün məhdudiyyətləri” götürəcək. O, ölkəsinin “uranı sürətlə zənginləşdirməkdən ötrü gərəkəni” edəcəyini söyləyib.

Çin, Britaniya, Fransa, Almaniya və Rusiyanın da imza atdığı nüvə sazişi İrana ilk-nəsil sentrifuqları məhdud həcmdə işlətməyə icazə verir.

Zənginləşdirilmiş urandan həm reaktorlar üçün yanacaq, həm də nüvə silahlarının hazırlanmasında istifadə olunur. Daha qabaqcıl sentrifuqlar isə İranın potensial nüvə bombası üçün material hazırlamaq bacarığını sürətləndirə bilər.

Nüvə sazişinə qarşı sərt kampaniya aparan ABŞ Prezidenti Donald Tramp ötən il sənəddən çıxandan sonra Tehrana qarşı “maksimum təzyiq” kampaniyasına başlayıb, İran iqtisadiyyatı və valyutasına zərbə vuran sanksiyalar tətbiq edib.

İran da iyuldan saziş öhdəliklərini məhdudlaşdırmağa başlayıb, bunu ABŞ-ən hərəkətlərinə cavab olaraq etdiyini deyib.

Fransa ötən həftə İrana 15 milyard dollarlıq kredit xətti təklif edib, əvəzində Tehranın nüvə sazişinin şərtlərinə əməl etməli olduğunu deyib. Ancaq ABŞ rəsmiləri bildiriblər ki, belə bir razılaşmaya uyğun olaraq sanksiyalardan möhlət verməyəcək.

ABŞ hakimiyyəti İrana sanksiyaları bu həftə daha da sərtləşdirib, İranın nüvə agentliyini və tədqiqat institutlarını hədəfə alıb. (azadliq.org)