XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Sentyabr 2019 - 15:36

“Rustavi 2”nin keçmiş baş direktoruna qarşı ittiham ağırlaşdırılıb –Baş Prokurorluq

Gürcüstanın “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramiaya qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Bu barədə Gürcüstan Baş Prokurorluğundan bildirilib.

Yeni qətnamayə əsasən, N.Qvaramia vəzifə səlahiyyətlərindən istifadə etməklə bir qrup şəxslə “Rustavi 2”nin əmlak hüquqlarını mənimsəməkdə, həmçinin, ciddi zərərə səbəb olan saxta sənədlərin hazırlanması və istifadəsində ittiham olunur.

Qeyd edək ki, N.Qvaramiaya qarşı ilkin ittiham bu ilin avqustun 9-da irəli sürülüb. O zaman o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə ittiham olunub.

“Rustavi 2”nin keçmiş baş direktorunun günahı sübuta yetirilərsə, onu cərimə, iki il müddətinə islahedici iş, 6 aydan 2 ilədək ev dustaqlığı və ya 3 ildən 5 ilədək həbs cəzası gözləyir. (report)