XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 18:56

“ABŞ-la Taliban arasında mümkün “gizli” sülh sazişi imzalana bilər” –Əhməd Məsuddan xəbərdarlıq

“Birləşmiş Ştatlarla Taliban arasındakı “gizli” sülh sazişi Əfqanıstanda üsyançıların sərt rejiminə qapı açar və geniş müqavimətə səbəb ola bilər,” deyə anti-Sovet müqavimətinin qəhrəmanı və sonradan Əl-Qaida tərəfindən öldürülmüş Əhməd Şah Məsudun oğlu bildirib.

2001-ci il sentyabrın 11-də Birləşmiş Ştatlara hücumlardan bir neçə gün əvvəl atasının öldürüldüyü zaman 12 yaşında olan Əhməd Məsud bu həftə Talibanla əldə edilən razılığı tənqid edən əfqan siyasətçilərindən biridir.

Əfqanıstan siyasətində hələ nisbətən yeni olmasına baxmayaraq, nəsil adətlərinə hələ də üstünlük verilən ölkədə atasının adı onun dediyi sözlərə ağırlıq gətirir.

“Bu, çox gizli, qapılar arxasında baş verib,” Əhməd Məsud Reuters xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.

“Biz sülh sazişini böyük bir fürsət olaraq görürük, lakin bunun necə edildiyi təəssüf ki, bizi məyus etdi. Biz aydınlıq görmək istəyirik, bu məsələdə ölkənin hər yerindən insanlar görmək istəyirik,” o bildirib.

Cümə axşamı Pancşir vadisində 10 minə yaxın tərəfdaşının atasının məqbərəsinə yürüş etməsindən sonra danışan Məsudun şərhləri bir çox əfqanın iştirakı olmadan əldə edilən razılığa dair dərin şübhələri əks etdirir. (amerikaninsesi.org)