XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Sentyabr 2019 - 21:18

Vitse-prezident:"Türkiyə suriyalı qaçqınlar üçün Avropaya sərhədləri açmaq məsələsində blef etmir"

Türkiyə suriyalı qaçqınlar üçün Avropa ilə sərhədlərin açılması məsələsində blef etmir.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O qeyd edib ki, Türkiyə Avropanın təhlükəsizliyi üçün suriyalı qaçqınları öz ərazisində məskunlaşdırmaq məcburiyyətində deyil.

Vitse-prezidentin sözlərinə görə, Türkiyə bundan sonra Avropaya getmək istəyən qaçqınların qarşısını almayacaq.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazır olduğunu bildirmişdi. (Trend)