XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 21:30

Zərif ABŞ-ın sanksiyaları barədə:"Bu, qorxutmaq cəhdidir"

ABŞ-ın Kuba, Rusiya, Suriya və İrana qarşı sanksiyaları günahsız insanları qorxutmaqla qanunsuz siyasi məqsədlərə nail olmaq cəhdidir.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb.

O vurğulayıb ki, ABŞ-ın iqtisadi terroru bu ölkələrdəki mülki şəxslərə yönəlib.

Nazir əlavə edib ki, Vaşinqtonun metodları sırasına quldurluq, rüşvətxorluq və şantaj da daxildir. (Trend)