XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 22:18

Pompeo:"ABŞ yaxın günlərdə Yaxın Şərq üzrə Sülh planını açıqlaya bilər"

“Donald Tramp Administrasiyası yaxın günlərdə Yaxın Şərq üzrə Sülh planını açıqlaya bilər”.

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, sözügedən plan yaxın həftələrdə ortaya qoyula bilər.

Qeyd edək ki, bir gün əvvəl Tramp beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblattın istefasını elan edib. Lakin C.Greenblattın Yaxın Şərq üzrə hazırladığı Sülh planının elan olunacağı barədə heç bir fikir söyləməyib.

Xatırladaq ki, Trump Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqdan, həmçinin Amerika səfirliyini bu şəhərə köçürəndən sonra fələstinlilər artıq Ağ Evlə rəsmi təmasları praktik olaraq dondurub. Bu arada ABŞ rəhbərliyi parallel olaraq Vaşinqtonda yerləşən Fələstin Azadlıq Təşkilatını da bağlamışdı. (APA)