XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2019 - 00:15

“İran danışıqlara meyllənir” –ABŞ müdafiə naziri

ABŞ müdafiə naziri Mark Esper işarə edib ki, Tehranın nüvənin zənginləşdirilməsilə bağlı son bəyanatlarına baxmayaraq İran yeni danışıqlar imkanına yaxın ola bilər.

Bu bəyanatdan əvvəl Tehran Avropa İttifaqına 2015-ci il nüvə sazişinə uyğun olaraq özünün öhdəliklərindən geri çəkildiyini təsdiqləmişdi.

Lakin Londondakı Royal United Services Institute araşdırma mərkəzində çıxış edən Esper deyib ki, tezliklə İranın nüvə və raket proqramları ilə bağlı danışıqların keçirilməsinə imkan yarana bilər.

Nazir bildirib ki, bəzi əlamətlər Tehranın danışıqlara doğru meylləndiyini göstərir. (azadliq.org)