XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2019 - 10:22

Robert Muqabe Zimbabvenin milli qəhrəmanı elan olunub

Zimbabvenin keçmiş prezidenti Robert Muqabe ölkənin hakim Zimbabve Afrika milli birliyi – Vətənpərvər cəbhəsi tərəfindən milli qəhrəman adına layiq görülüb.

Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Zimbabvenin prezidenti Emerson Mnanqaqva bəyan edib. Onun sözlərinə görə, Muqabe Afrikanın müstəmləkə zülmündən azad edən mübarizlər nəslinin nümayəndəsidir və nəcib Zimbabve xalqı və digər Afrika xalqları bunu heç vaxt unutmayacaq. Ölkə başçısı həmçinin Robert Muqabenin dəfninə qədər matəm günlərinin davam edəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, 95 yaşlı Robert Muqabe bu gün uzunmüddətli xəstəlikdən sonra Sinqapurda dünyasını dəyişib. Hazırda ölkə rəhbərliyi Sinqapurla mərhumun cənazəsinin vətənə qaytarılması barədə danışıqlar aparır.