XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2019 - 11:25

Vəkil:"Ukraynalı dənizçilər Lefortovodan çıxarılıblar"

Ukraynalı dənizçilər Rusiyanın Lefortovo istintaq təcridxanasından çıxarılıblar.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə onların vəkili Sergey Badamşin jurnalistlərə açıqlamasında deyib.

“Polisin müşayiəti ilə dənizçilərin olduğu üç avtobus böyük ehtimalla Vnukovo hava limanına gedəcək və oradan da Ukraynaya uçacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında iki avtobus polisin müşayiəti ilə Lefortovo təcridxanasını tərk edib. Bu avtobusların ukraynalı dənizçiləri apardığı ehtimal olunur.

Xatırladaq ki, 2018-ci ilin noyabrında Rusiya Kerç boğazında Ukraynanın 3 hərbi gəmisini və onların 24 nəfərlik heyətini saxlayıb. Rəsmi Moskva Ukrayna gəmilərini qanunsuz şəkildə Rusiyanın sularına daxil olmaqda ittiham edib.