XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2019 - 16:54

Ukraynada azad olunmuş şəxslər Moskvaya çatıblar

Moskva ilə Kiyev arasında razılaşma çərçivəsində Ukraynada azad olunmuş şəxsləri gətirən təyyarə Moskvaya eniş edib.

Azərtac xəbər verir ki, Ukraynadan Rusiyaya 33 nəfər gəlib. Onların arasında RİA Novosti Ukrayna portalının rəhbəri Kiril Vışinski də var.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin saxlanılan şəxslərin dəyişdirilməsini iki ölkə arasında münasibətlərin sabitləşməsinə doğru atılacaq yaxşı addım adlandırıb, dəyişdirilmə prosesinin miqyaslı xarakter daşıyacağını vurğulayıb. V.Putin, həmçinin qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin tam normallaşması qaçılmazdır.