XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2019 - 17:06

Qotsiridze:"Gürcüstanda müxalifət yeni hökumətə etimad səsverməsində iştirak edəcək"

Gürcüstan parlamentinin müxalif “Vahid Milli Hərəkat” fraksiyası sabah hökumətin yenilənmiş tərkibinə etimad səsverməsində iştirak edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə fraksiya sədri Roman Qotsiridze məlumat verib.

O bildirib ki, fraksiya bununla danışmaq hüququna sahib olacaq.

Qeyd edək ki, “Vahid Milli Hərəkat” fraksiyasının üzvləri hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi yeni nazirlər kabineti namizədlərinin parlament komitələrində keçirilən dinləmələrini boykot edib. Ötən gün keçirilən fraksiya dinləməsində isə partiya üzvləri Baş Nazir postuna namizədi Giorgi Qaxarianın çıxışını yarıda qoyaraq iclas zalını tərk ediblər.