Rusiya polisi ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovaya sentyabrın 6-da evində törədilən hücumla bağlı bir nəfər şübhəli şəxsi saxlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk 1983-cü il təvəllüdlü, Orta Asiya respublikalarından birindən olan həmin şəxsin tezliklə istintaqa təhvil veriləcəyini qeyd edib.