XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2019 - 20:55

Hindistan hökuməti Tac-Mahalı gecə ziyarətinə açmağı planlaşdırır

Turistlərin çoxsaylı müraciətlərinə əsasən, Hindistan hakimiyyəti Tac-Mahalı gecə ziyarətinə açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “Lonelyplanet” bildirib.

Orta hesabla Tac-Mahalı hər gün 22 min adam ziyarət edir. Bəzən bu rəqəm gündə 50 minə çatır. Bu problemi həll etmək üçün insanların məqbərədə çox uzun qalmağına görə cərimələr tətbiq olundu – içəridə üç saatdan çox qalmaq qadağandır. Ancaq indi yerli hakimiyyət gün batandan sonra turistlər üçün Tac-Mahal açmaq istəyir.

Hazırda ağ mavzoleyi ayda yalnız beş dəfə gecələr ziyarət etmək olur: bədirlənmiş aylı gecədə, ondan öncəki və sonrakı dörd gecədə.