XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2019 - 10:15

Çində zəlzələ:30-dək insan xəsarət alıb

Çinin Sıçuan əyalətində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Bu barədə Neyszyan şəhər dairəsinin təcili yardım idarəsi məlumat yayıb.

İlkin məlumatlara görə, səhər saatlarında baş vermiş zəlzələ zamanı 28 nəfər yaralanıb. Onlar həkimlər tərəfindən müayinə olunur. Bundan əlavə, bəzi binalar yer səthindəki dalğalanmalar səbəbindən çöküb.

Zəlzələ ocağının 10 km dərinlikdə yerləşdiyi qeyd olunur.

Hazırda xilasedicilər kütləvi çökmə yerlərində işləyirlər. /APA