XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2019 - 19:00

Çavuşoğlu və Zərif arasında telefon danışığı:Suriya böhranı müzakirə edilib

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İran Xarici İşlər naziri Cavad Zərif arasında telefon danışığı olub.

Türkiyə Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, tərəflər Suriya böhranı və Suriya Konstitusiya Komissiyası barədə müzakirələr aparıblar.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Suriyanın ərazi bütövlüyünə dair Soçidə keçirilən zirvə toplantısında Əsəd rejimi təmsilçiləri, bitərəf  və müxalif qüvvələr daxil olmaqla, 150 nəfərdən ibarət Konstitusiya Komissiyasının yaradılması haqqında qərar verilib. Bununla əlaqədar 2018-ci il may ayında Astanada, dekabrda Cenevrədə, bu ilin aprelində isə Nursultanda Türkiyə, Rusiya, İran xarici işlər nazirlərinin görüşü olub. /APA