İsrailin baş naziri Binyamin Netanyahu gələn həftə Rusiyaya səfər edə bilər.
Netanyahu bunu İsrail kökümətinin həftəlik iclasında çıxışı zamanı deyib.
İsrailin baş naziri bildirib: “Gələn həftə ərzində mən prezident Putin ilə hərbçilər arasında koordinasiyanın davam etdirilməsini müzakirə etmək üçün Rusiyaya yollana bilərəm”.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sentyabrın 5-də bildirib ki, ehtimal ki, Netanyahu Soçiyə səfər edəcək. /Trend