XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2019 - 08:45

Almaniyada xalq bayramında partlayış olub:14 nəfər yaralanıb

Almaniyanın Froydenberq şəhərində xalq bayramında baş verən partlayış nəticəsində ən az 14 nəfər yaralanıb.

Trend-in məlumatına görə, onlardan altısının vəziyyəti olduqca ağır olaraq qiymətləndirilir.

İlkin məlumatlara görə, partlayışa səbəb içərisində isti yağ olan qızartma qabına suyun daxil olması ola bilər.

Hüquq-mühafizə orqanlarına görə, çox güman ki, söhbət qaz partlamasından getmir.