XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2019 - 13:47

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran ilə əməkdaşlığı davam etdirəcək –Bəyanat

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) İran ilə əməkdaşlığı davam etdirəcək.

Bu fikir BAEA-nın Baş direktoru vəzifəsini icra edən Kornelli Feruttanın Tehrana etdiyi səfərdən sonra təşkilatın rəsmi saytında yerləşdirilmiş qısa məzmunlu bəyanatda yer alıb. Bəyanatda o da vurğulanıb ki, BAEA öz funksiyasını peşəkarlıqla yerinə yetirəcək və təşkilata heç bir tərəf təzyiq göstərə bilməz.

Qeyd edək ki, İran nüvə proqramını bərpa etdiyini bildirdikdən sonra BAEA rəhbəri İrana səfər edərək Xarici İşlər naziri və İran Atom Enerjisi Agentliyinin rəhbərləri ilə görüşüb. Görüşlərdən sonra geniş mətbuat konfransı gözlənilsə də, bu baş vermədi. Sadəcə olaraq BAEA-nın saytında qısa bəyanat yayımlandı.

Nəzərə çatdıraq ki, K.Feruttenin İranı tərk etməmiş bəzi beynəlxalq KİV-lər İranda nüvə qalıqlarının topılması haqqında xəbər yaydılar. İran XİN bu kimi xəbərlərin əsassız və yalan olduğunu bildirməklə yanaşı, bu kimi xəbərləri İrana qarşı informasiya müharibəsi adlandırıb. (AZƏRTAC)