Rusiya və Ukrayna arasında “35-ə 35” formatında əsir və girovların mübadiləsi Donbasda vəziyyətin həllinə kömək edəcək.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “2+2” formatında Rusiya və Fransa Xarici İşlər və Müdafiə nazirlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Biz “35-ə 35″ formatında baş tutan mübadilədən məmnunluğumuz ifadə etmişik. Ümid edirik ki, bu, Donbasdakı böhranın həlli ilə yanaşı Ukrayna-Rusiya münasibətlərinin normallaşacağını, Poroşenko hökumətinə məxsus olan aqressiv anti-Rusiya siyasətinin dəyişəcəyini gözləməyə imkan verən yaxşı bir siqnaldır”,- deyə Lavrov bildirib. (apa)