XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2019 - 18:46

Fransalı nazir:"Avropada təhlükəsizlik istəyiriksə, Rusiya ilə sıx əlaqələrimiz olmalıdır"

“Əgər Avropada təhlükəsizlik istəyiriksə, Rusiya ilə açıq və sıx əlaqələrimiz olmalıdır”.

Bu sözləri Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drian “2+2” formatında keçirilən Rusiyanın və Fransanın xarici işlər və müdafiə nazirlərinin iştirak etdiyi mətbuat konfransında deyib.

“Biz aramızdakı fərqləri unutmağı yox, ortaq və oxşar yanaşmamız olan məsələlərə diqqət ayırmağı təklif edirik. Bilirsiniz ki, vəziyyət çətindir. Qısa və ortamənzilli raketlərin ləğvi müqaviləsi artıq qüvvədə deyil və buna görə də, əgər Avropada təhlükəsizliyin təmin olunmasına əmin olmaq istəyiriksə, biz danışıqlara davam etməliyik. Bu səbəbdən də Fransa Prezidenti Emmanuel Makronun yeni planını Rusiyaya təqdim etmək üçün bu gün buradayıq. Bu etibar və təhlükəsizlik planıdır”, – deyə fransalı nazir bildirib.

Jan-İv Lö Drian qeyd edib ki, onlar ikitərəfli dialoqu gücləndirmək, milli təhlükəsizlik, nüvə texnologiyası, iqlim dəyişikliyi və digər sahlərlə bağlı əməkdaşlıq etmək niyyətindədirlər.

Fransalı nazir Ukrayna münaqişəsində irəliləyişin olmayacağı təqdirdə, Rusiya ilə uzunmüddətli dialoqun mümkün olmayacağını da vurğulayıb. (apa)