XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2019 - 20:41

Fransada təcili tibbi yardım xidmətləri tətil edir –6 aydır

Fransada 249 təcili tibbi yardım xidmətində altı aydır tətil davam edir.

İş şəraitindən şikayətlənən tibb bacıları və xəstə baxıcıları fiziki və psixoloji vəziyyətlərinin son həddə çatdığını bildirirlər.

Hökumət cari ilin iyun ayında müəyyən tədbirlər təklif etsə də, bu təkliflər tətilçiləri qane etməyib.

Tətilçilər tibbi personalın sayının artırılması, məvacibə görə ödənilən verginin ləğv edilməsi kimi bir çox tələblər irəli sürürlər.

Səhiyyə Nazirliyi vəziyyətdən çıxış yolları axtardığı vaxtda həmkarlar ittifaqları tibb işçilərini sentyabrın 11-də nümayişə çağırıb. (AZƏRTAC)