XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2019 - 22:33

Deputatların dinlənilməsini rəsmiləşdirən qanun layihəsi hazırlanıb- Ukraynada

Ukrayna Ali Radasının Hüquq-mühafizə orqanları ilə iş məsələləri komitəsi Prezident Vladimir Zelenski tərəfindən təqdim olunan, deputatların dinlənilməsinə dair qanun layihəsini qəbul edərək sessiyanın müzakirəsinə göndərib.

Azərtac xəbər verir ki, qanun layihəsi deputatların dinlənilməsinin texniki-hüquqi tərəflərini müəyyən edir. Bundan başqa, qanun layihəsinə əsasən Milli Antikorrupsiya Bürosu və Dövlət Təhqiqat Bürosuna gizli istintaq və axtarış tədbirləri çərçivəsində telekommunikasiya nəqliyyat şəbəkələrindən məlumatları müstəqil silmək hüququ verilməsi planlaşdırılır.

Qanun layihəsi Ali Radanın yaxın zamanlarda keçiriləcək sessiyasında müzakirəyə çıxarılacaq.