Sentyabrın 10-da Şimali Koreya dənizə iki raket atıb.
Bundan öncə isə Birləşmiş Ştatlarla nüvə diplomatiyasını yenidən başlamağı təklif edib.
Cənubi Koreya ordusu raketlərin Şimali Koreyanın Fyonqan vilayətindən atıldığını, ölkənin üzərindən keçərək şərq sahilində suya düşdüyünü bildirir.
Şimali Koreyanın birinci vitse xarici işlər naziri Tso Son Hi sentyabrın 9-da deyib ki, Vaşinqton nüvə danışıqlarının bərpasına yeni yanaşma tutmasa, tərəflər arasında razılaşmaların sonu çatar.
AP və Reuters Tsoyə istinadla yazırlar ki, Vaşinqton Şimali Koreyanı qane edən yeni təkliflər irəli sürməlidir.
ABŞ Prezidenti Donald Tramp Pxenyanın açıqlamasını “maraqlı” adlandırıb.
Tramp administrasiyası rəsmisinin daha sonra bildirməsinə görə, Vaşinqton Şimali Koreyanın atdığı raketlərdən xəbərdardır.
Tramp Şimali Koreya lideri Kim Çen Inla iyunda görüşüb. O vaxtdan Pxenyan bir neçə raket sınağı keçirib. (azadliq.0rg)