XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Sentyabr 2019 - 11:12

Tramp Normandiya danışıqlarına qoşulmağa hazırdır –"Əgər onlara lazımamsa, qoşularam"

ABŞ Prezidenti Donald Tramp Ukraynanın şərqindəki münaqişəni bitirməyi hədəfləyən Normandiya danışıqlarına qoşulmağa qarşı olmadığını deyir.

Bu formata Almaniya, Fransa, Ukrayna və Rusiya daxildir.

Tramp sentyabrın 9-da “Amerikanın səsi”nə deyib ki, əgər o, iştirakçılara lazımdırsa, danışıqlara qoşulacaq.

“İnanıram ki, Rusiyayla Ukrayna arasında məhbus mübadiləsinin baş verməsi… çox böyük, çox müsbət addımdır. Əgər mən onlara lazımamsa, qoşularam”, – Tramp deyib.

Fransa, Almaniya və Ukrayna bu ayın sonuna danışıqlar keçirməyə çağırır. Rusiya isə bildirib ki, görüşdən öncə “konkret addımlar” atılarsa, görüşə hazırdır.

Sonuncu dəfə Normandiya formatında danışıqlar 2016-cı ildə olub.

Ukrayna Moskvanı ölkənin şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə ittiham edir. Rusiya isə bunu danır, müharibəni daxili məsələ adlandırır.

BMT bu münaqişədə 13 mindən çox adamın öldürüldüyünü bildirir. (azadliq.org)